» » » BDU alt qruplarda ödənişi ləğv etdi

BDU alt qruplarda ödənişi ləğv etdi

BDU alt qruplarda ödənişi ləğv etdi

Bakı Dövlət Universiteti alt qruplarda ödənişi ləğv edib. Universitetdən verilən əlumata görə,bu gün Elmi Şurasının iclasında 2016-cı ilin fevral ayından başlayaraq normativ təhsil müddətində alt qruplarda (yay məktəbi istisna olmaqla) oturan tələbələrin əlavə kreditlər üzrə təhsil haqqının BDU-nun daxili imkanları hesabına ödənilməsi məsələsi geniş müzakirə edilib.
Müzakirələr zamanı çıxış edən alimlər Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezidentin insanlar üçün bütün şəraiti yaratması haqda olan tapşırıqlarını əsas götürüblər. Sonda Elmi Şura üzvləri alt qruplarda təhsil alan tələbələrin ödənişdən azad olunması barədə yekdil qərar qəbul ediblər.
Ötən ilin son günlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrini sevindirib.
Universitetdən verilən əlumata görə,2015/2016-cı tədris ilinin qış imtahan sesiyasının yekunu da nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib. Qərar Universitetin Elmi Şurasının iclasında qəbul edilib. Qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.
BDU alt qruplarda ödənişi ləğv etdi

İqtisad Universiteti