» » » Azərbaycanda sifilis və İİV-ə yoluxanların sayı artıb

Azərbaycanda sifilis və İİV-ə yoluxanların sayı artıb

Azərbaycanda sifilis və İİV-ə yoluxanların sayı artıb

Ən çox müşahidə edilən xəstəliklərin növü müəyyən edilib.

Ötən il Azərbaycanda pedikulyoz, bakterial dizenteriya, sifilis, insanın immunçatışmazlığı virusu (İİV) ilə xəstələnənlərin sayı bir qədər artıb.

Bu barədə ucarliyiq.biz Dövlət Statistika Komitəsinə istinadən məlumat verir. 

2015-ci ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2015-ci ilin yanvar-noyabr aylarında 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədə epidemik parotit (44,4%), hepatit A virusu (42,8%), qoturluq (35%), quduzluq (33,3%), skarlatina (31,7%) və qarayara ilə (20%) xəstələnmə halları azalıb.

Kəskin poliomielit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yeni doğulmuş körpələrdə tetanus, qızılca, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb.