» » » Bakının tıxac dərdi təzələndi

Bakının tıxac dərdi təzələndi

Bakının tıxac dərdi təzələndi

Bakı yollarında aparılan təmir-tikinti böyük tıxaca səbəb olub. Səhər saatlarında paytaxtın Neftçilər prospektində uzunmüddətli sıxlıq yaşanıb. Prospekt boyu müşahidə olunan ləngimələr, sıxlıq uzun tıxaca səbəb olub.
Ucarliyiq.biz xəbər verir ki, uzun müddət yolda qalan sürücülər mənzil başına gecikiblər. Tıxaca səbəb isə iyun ayında keçiriləcək "Formula-1" Avropa Qran-Prisi ilə bağlı hazırlıq işləri çərçivəsində Bakının mərkəzi küçələrində təmir-tikinti işlərinin aparılmasıdır.
Bakının tıxac dərdi təzələndi

Neftçilər prospektində təmir
[url=www.niim.az/Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin [/url]mətbuat xidmətini rəhbəri Şəfa Mehmanqızının sözlərinə görə, asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsindən başlayaraq, Azneft dairəsinə qədər yolun hər iki zolağı təmirə bağlanıb və yolda hərəkət qismən məhdudlaşdırılıb. Əziz Əliyev küçəsi isə bu gündən sürücülərin istifadəsinə veriləcək.
Bakının tıxac dərdi təzələndi

Neftçilər prospektində tıxac
Sözügedən prospektdə təmir işləri hələ bir neçə gün də davam edəcək. Artıq köhnə asfalt örtüyü qaşınıb və təmir olunacaq sahə dəmir konstruksiyalarla əhatələnib. Prospekt boyunca düzülən ağırtonnajlı qum və daş maşınları ətrafında isə çoxlu sayda işçi qüvvəsi çalışır. Buna görə də yolda hərəkət məhdudlaşdırılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin polkovniki Vaqif Əsədovun sözlərinə görə, aparılan təmir işləri ilə əlaqədar 4 zolaqlı yolun yalnız 2 zolağı sürücülərin ixtiyarındadır. Ona görə də gün ərzində tıxac, sıxlıq, ləngimələr qaçılmazdır.
Bakının tıxac dərdi təzələndi

"Hazırda iki zolaq nəqliyyatın hərəkəti üçün açıqdır. Əməkdaşlarımız sıxlığın, tıxacın aradan qaldırılması üçün iş başındadırlar, yolda hərəkəti tənzimləyirlər. Amma sürücülərdən də bir xahişimiz var, ya bir neçə gün ərzində mümkün qədər bu şəxsi maşınlarından az, ya da alternativ yollardan istifadə etsinlər".
Bakının tıxac dərdi təzələndi

Vaqif Əsədov- Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin polkovniki
Alternativ yollara gəlincə, DYP sürücülərə bu istiqamətlərdə hərəkəti tövsiyə edir.
Bakının tıxac dərdi təzələndi

Alternativ yollar
Bənzər hal yanvarın 5-də də qeydə alınıb. Asfalt örtüyünün təmiri ilə əlaqədar Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun iki zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Buna görə də Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində yerləşən işıqfora sarı döyünən işıq əmri tətbiq edilib.

Zərifə Əliyeva prospektinin Puşkin küçəsi ilə kəsişməsi