» » » Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür (VİDEO)

Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür (VİDEO)

Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür (VİDEO)

Bu gün Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür. Şair bir müddət əvvəl uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Yaşasaydı, şair 66 yaşını qeyd edəcəkdi.
Zəlimxan Yaqub 1950-ci il yanvarın 24-də Borçalının Bolinisi rayonunun Kəpənəkçi kəndində anadan olub.
İşləməyə ilk olaraq kitab dükanınıda satıcı kimi başlayıb. 2008-ci ildən Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildən isə Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü olub. 1995-2005-ci lillərdə Milli Məclisin deputatı olub.
İlk şeirini 1966-cı ildə yazan şair Azərbaycanda nəşr olunmuş, eləcə də müxtəlif dillərə tərcümə edilmiş 40-a qədər şeir kitabının müəllifidir.
Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətlərinə, geniş ictimai fəaliyyətinə görə 50 yaşında Azərbaycanın “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri ilə təltif olunub.
55 yaşında Azərbaycanın ən yüksək fəxri adına - “Xalq şairi” adına layiq görülüb. Anadan olmasının 60 illik yubileyi ərəfəsində isə Azərbaycan Prezidentinin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.
Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib:
“Borçalıya getdim atam və anaımı ziyarət etdim. Amma bir həftədən sonra döş qəfəsimdə ağrılar başladı. Mənə bildirdilər ki, təcili olaraq Bakıya getmək lazımdır”.
Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb.
Xatırladım ki, Zəlimxan Yaqub bu il yanvarın 9-da dünyasını dəyişib və Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub.