» » » Uber ilə səyahətlərinizə necə qənaət etməli – FOTO

Uber ilə səyahətlərinizə necə qənaət etməli – FOTO

Uber ilə səyahətlərinizə necə qənaət etməli – FOTO

Xidmət daha da sərfəli oldu.

Keçən il düyna üzrə 360 şəhərdən sonra Bakıda da şəxsi sürücülü avtomobil sifariş etməyə imkan yaradan Uber tətbiqi işə düşdü. Bakı MDB məkanında Uber-in yarandığı ilk şəhər (Rusiyadan başqa) oldu. Tətbiq texnologiyasına, hesabat rahatlığına, istifadəçi komfortu və təhlükəsizliyinə görə bütün ölkələrdə sürətlə populyarlıq qazanır. Yeni il ərəfəsində Londonda

Uber ilə bir milyardıncı səyahət baş tutmuşdur.

Bakıda da xidmət getdikcə populyarlıq qazanır. 2015-ci ilin iyul ayında bu xidmət daha da sərfəli oldu.

Bakıdakı Uber tarifləri: 1.10 manat ilkin sifariş, yola sərf olunan hər dəqiqəyə görə 0.03 manat və kilometrə görə 0.35 manat olaraq hesablanır. “Əhmətli” metrosu ətrafından 28 Mall- cəmi 5-6 manata, Bakı Dövlət Universitetindən 8-ci kilometr ətrafına isə cəmi 6-8 manata səyahət etmək mümkündür. Bakının istənilən yerindən Heydər Əliyev Beynəlxalq Hava Limanına gedişlər isə cəmi 10 manat təşkil edir.

Tətbiqdən hələ də istifadə etməmiş şəxslər üçün onun imkanlarından maksimum istifadə etmək üçün edilməsi lazım olanlar haqda söhbət açacağıq:

1 - Tətbiqi necə əldə etməli

Smartonunuz iPhone-dursa App Store, Androiddirsə Google Play, Windows Phone-dursa Microsoft Store-dan Uber tətbiqini endirin. Siz eləcə də http://get.uber.com keçidindən tətbiqi endirə bilərsiniz.

Uber ilə səyahətlərinizə necə qənaət etməli – FOTO

2 - Hesab necə yaratmalı

Tətbiqi endirdikdən sonra “Qeydiyyatdab keçin” düyməsinə klikləyin və öz məlumatlarını, eləcə də ödənişlərin həyata keçiriləcəyi bank kartınızın məlumatlarını daxil edin.

Uber ilə səyahətlərinizə necə qənaət etməli – FOTO

3 - Promo kodu necə daxil etməli

Hədiyyə kodunu həm qeydiyyat zamanı daxil edə bilərsiniz, həm də qeydiyyatdan sonra - tətbiq menyusunda (yuxarı sol küncdəki 3 xətt) “PROMOLAR” bölməsinə daxil olmaqla. Promo kodu daxil etdikdən sonra “Promo kodu əlavə et” düyməsinə basın və beləcə sizin ilk gedişiniz ödənişsiz olacaq. Siz tərəfdən əlavə edilən və qazanılan promo kodlar haqda məlumatı şəxsi hesabınıza daxil olaraq əldə edə bilərsiniz: http://uber.com/log-in

Uber ilə səyahətlərinizə necə qənaət etməli – FOTO

Promo kod dəyəri səyahət ödənişinizdən çox olarsa ödəmə və hədiyyə gediş arasındakı fərq kartınız vasitəsilə ödəniləcək. Əgər gediş haqqı hədiyyə kodun dəyərindən az olarsa bu zaman gedişiniz tamamilə ödənişsiz olacaq və qalan hədiyyə məbləği “itəcək”.

4 - Gediş haqqını necə hesablamalı

1. Olduğunuz yeri ekrandakı pini xəritədə dəqiq yeriə gətirərək seçin.

2. Gedəcəyiniz yeri daxil edin.

3. Ekranın aşağısındakı avtomobil işarəsinə toxunun. Hazırdır!

Siz səyahətiniz üçün gediş haqqı aralığını bildiniz. Beləcə rahatlıqla yola çıxa bilərsiniz.

Uber ilə səyahətlərinizə necə qənaət etməli – FOTO

5 - Avtomobil neçə sifariş etməli?

Səyahətə başlayacağınız yeri ekranın mərkəzindəki pini olduğunuz yerə gətirərək seçin və ya ünvanı daxil edin. Ünvanı əllə daxil edirsinizsə yaşıl nöqtəli ünvan çubuğuna hal-hazırdakı olduğunuz yeri, qırmızı nöqtəli ünvan çubuğuna isə hara getmək istədiyinizi daxil etməlisiniz.

Uber ilə səyahətlərinizə necə qənaət etməli – FOTO

6. Şəxsi hədiyyə kodumu paylaşaraq necə pulsuz səyahətlər qazanım?

Hər bir Uber istifadəçisinin xidmətdən hələ istifadə etməmiş dostları ilə paylaşaraq həm onlara həm də özünə pulsuz səyahətlər qazandıra biləcək promo kodu mövcuddur. Bu kod vasitəsilə dəvət edilmiş şəxs ilk gedişini etdikdən sonra onu dəvət edən şəxs də pulsuz səyahət qazanmış olur. Uber bu haqda həmin şəxsi email ilə xəbərdar edir.

Uber ilə səyahətlərinizə necə qənaət etməli – FOTO

Həm dostlarına həm də özünə hədiyyə gediş qazandırmaq üçün:


Tətbiq menyusundan PULSUZ SƏYAHƏTLƏR bölməsinə keçin
Pulsuz səyahət kodunuzu necə paylaşmaq istədiyinizi seçin - elektron poçt, SMS və ya sosial şəbəkə vasitəsilə.
Hansı şəxsə hədiyyə kodunu göndərmək istədiyinizi kontaktlardan seçin və tətbiq özü lazımi mətni özü hazırlayacaq. İstəsəniz mətni dəyişdirə bilərsiniz.

7. Uber ilə necə əlaqə saxlamalı

Uber ilə üç yolla əlaqə saxlamaq mümkündür:


Səyahət hesabatı gəlmiş emailə cavab yazmaqla
Tətbiqdəki KÖMƏK bölməsinə keçərək siyahıda qeyd olunmuş hallardan birini və eləcə də çətinliyin baş verdiyi gedişi seçərək
support@uber.com ünvanına sualınızı və ya yaşanan hadisəni qeyd edərək.

Uber ilə səyahətlərinizə necə qənaət etməli – FOTO

Hələ də Uber ilə ilk gedişinizi etməmisinizsə OXU2016 promo kodunu daxil edərək ilk gedişinizdə 10 manat hədiyyə əldə edin və tətbiqin bütün özəlliklərini özünüz sınaqdan keçirin.*

Uber ilə səyahətlərinizə necə qənaət etməli – FOTO

* Yalnız yeni istifadəçilər üçün. Kod 15 fevral 2016 tarixinə qədər aktivdir.

Uber Bakıda şəhərin məhşur sakinlər arasında da getdikcə populyarlaşır. Azərbaycanı “Avroviziya 2014” müsabiqəsində “Start a Fire” mahnısı ilə təmsil edən Dilara Kazımova da şəhərdaxili səyahətlərini Uber ilə edir.