» » » Dövlət müşaviri: Bizdə ermənifobiya yoxdur

Dövlət müşaviri: Bizdə ermənifobiya yoxdur

Dövlət müşaviri: Bizdə ermənifobiya yoxdur

“Azərbaycan xalqının ermənilərlə birgə yaşamaq potensialı var”.

Xalq diplomatiyası çərçivəsində ermənilər Azərbaycana gələrkən Bakıdakı erməni kilsəsini görəndə təəccüblənmişdilər ki, Azərbaycanda erməni dilində kitablar, materiallar səliqə-sahmanla qoruyub saxlanılır.

Onlar Moskvaya zəng vurub deyirdilər ki, mən Bakıda filan qiymətli əlyazmanı gördüm. Bu, Azərbaycan xalqının dini, mənəvi və intellektual dəyərlərə verdiyi qiymətin nümunəsidir. 

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, bunu millətlərarası, multikulturalizm və dini tolerantlıq üzrə dövlət müşaviri Kamal Abdullayev deyib.

O bildirib ki, Azərbaycanda ermənifobiya yoxdur: 

“Azərbaycanda ermənifobiyanın olmadığını dünya yavaş-yavaş başa düşməkdədir. Biz ermənifobiya ilə yaşamadığımızı  hər addımımızda göstəririk. Bizdə ermənifobiya yoxdur”. 

K. Abdulla əlavə edib ki, xalq diplomatiyasının davamı maraqlı ola bilərdi: 

“Üçüncü ölkələr də bunu davam etmək istəyirdilər. Amma ermənilər bundan imtina etdilər. Azərbaycan xalqının ermənilərlə birgə yaşamaq potensialı var. Münaqişənin sülh yolu ilə həll olunması potensialı bitməyib. Biz sülhün tərəfdarıyıq”.