» » » Azərbaycan vətəndaşlığı alan şəxslərin sayı açıqlandı

Azərbaycan vətəndaşlığı alan şəxslərin sayı açıqlandı

Azərbaycan vətəndaşlığı alan şəxslərin sayı açıqlandı

Dövlət Miqrasiya Xidmətinin rəisi açıqlama verib.

Ötən il Azərbaycan Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı ötən il ümumilikdə 105 min 550 şəxs tərəfindən müraciət daxil olub.

ucarliyiq.biz xəbər verir ki, bunu 2015-ci ilin yekunlarına və bu il qarşıda duran vəzifələrin icrasına həsr olunmuş müşavirəsində DMX-nin rəisi Firudin Nəbiyev bildirib. 

Onun sözlərinə görə, müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

F.Nəbiyev deyib ki, Xidmət ölkədə vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlandırma və maarifləndirmə işinin artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə kompleks tədbirlərin icrasına start verib. 

Ötən il Azərbaycan prezidentinin sərəncamları ilə 267 şəxs vətəndaşlığa qəbul, 9 nəfər isə bərpa edilib.

Hesabat dövründə müraciətlər əsasında 53.200 şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 2640 şəxsə daimi yaşama icazələri verilib, 885 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılıb.