» » » Gömrükçülər 1 000 qutu aksizsiz “Marlboro” aşkarlandı

Gömrükçülər 1 000 qutu aksizsiz “Marlboro” aşkarlandı

Gömrükçülər 1 000 qutu aksizsiz “Marlboro” aşkarlandı

DGK məlumat yaydı.

Azərbaycan gömrük xidməti əməkdaşları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən ucarliyiq.biz-a verilən məlumata görə, Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən Gəncə-Şəmkir şossesinin 13 km-də “Mercedes-Benz” markalı, 99-HZ-620 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb.

Həmin nəqliyyat vasitəsini idarə edən Göygöl rayon sakini Mahir Məmmədova məxsus avtobusa baxış zamanı avtobusun yük yerindən Azərbaycan aksiz markası ilə markalanmayan 1 000 qutu “Marlboro” siqareti aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.