» » » İstanbul-Bakı aviareysi ləğv edildi

İstanbul-Bakı aviareysi ləğv edildi

İstanbul-Bakı aviareysi ləğv edildi

Aviaşirkət son günlər ərzində onlarla reysi ləğv edib.

“Türk hava yolları” aviaşirkəti əlverişsiz hava şəraitinə görə, yanvar ayının 23-nə planlaşdırılmış iki İstanbul-Bakı reysini ləğv edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə cümə günü aviaşirkətin saytında məlumat yayılıb.

Birinci təyyarə yanvar ayının 23-də İstanbuldan yerli vaxt ilə saat 08:15-də Atatürk aeroportundan, ikinci isə Sabiha Gökçen aeroportundan yerli vaxt ilə saat 22:55-də havaya qalxmalı idi.

Qeyd edək ki, “Türk hava yolları” aviaşirkəti son günlər ərzində əlverişsiz hava şəraitinə görə onlarla beynəlxalq və daxili reysi ləğv edib.