» » » Şengen vizası almaq asanlaşdı

Şengen vizası almaq asanlaşdı

Şengen vizası almaq asanlaşdı

Ərizəçilərin rezervasiyasını yalnız IFR System vasitəsilə qəbul edir.

Yanvarın  25-dən etibarən Macarıstan Səfirliyinin Konsulluq şöbəsində viza sənədlərin təqdim edilməsi üçün İFR sistemi – ərizənin bron vaxtının onlayn verilməsi sitemi  tətbiq olunacaq. 

Şöbədən ucarliyiq.biz-ə verilən məlumata görə, o vaxtdan bəri, nömrələrin verilməsi sistemi başa çatır, və vizə sənədlərin təqdim olunması üçün Səfirliyin Konsulluq şöbəsi Ərizəçilərin rezervasiyasını yalnız IFR System vasitəsilə qəbul edir.

IFR System saytında ərizəçilərin viza "C" üçün (Şenqen vizasının 90 gündən çox olmayaraq etibarlıq müddəti) və ya viza «D» üçün (yaşayış icazəsi almağa imkan verən viza) müraciət edərək vaxt sifarişi etmək imkanı var.

IFR System aşağıdakı web ünvanda yerləşir: ifr.mfa.gov.hu.

IFR System-i mobil telefonda istifadə etmək üçün, onu pulsuz olaraq AppStore-dan (iOS) və yaxud Google Play-dan (Android) yükləmək lazımdır. 

Windows Mobile sistemindən istifadə edənlər, veb brauzerəsera aşağıdakı ünvanı daxil etməlidilər: ifr.mfa.gov.hu/ifrmobile.

IFR System-in tətbiqi ilə eyni zamanda Macarıstan Səfirliyinin Konsulluq şöbəsinin qəbul saatları aşağıdakı kimi dəyişir:

Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə: 9.30-13.00
Cümə: 9.30-12.00

Hazır vizaların verilməsi:

Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə:     16.00
Cümə:                                                        15.00