» » » Ötən il Bakıda qəzalarda 202 nəfər ölüb

Ötən il Bakıda qəzalarda 202 nəfər ölüb

Ötən il Bakıda qəzalarda 202 nəfər ölüb

134 avtoxuliqan ələ keçib.

Ötən il ərzində Bakı şəhərində 667 yol-nəqliyyat hadisəsi baş verib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsində bu gün keçirilən geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, qəzalar nəticəsində  202 nəfər ölüb, 850 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əvvəlki dövrlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 19,7 faiz, həlak olanların sayı 30,8 faiz, xəsarət alanların sayı 4,9 faiz azalıb.

Yol hərəkətinə nəzarət prosesində 18,0 faiz çox və ya 883.907, o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 6.822, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 4.564, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 7.831 inzibati xəta aşkar edilib. 

Nəticədə həm ümumi qayda pozuntularının, həm də kobud qayda pozuntularının aşkarlanması artıb, habelə 134 avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.