» » » "Bəzən keyfiyyəti aşağı olan dərmanlarla rastlaşırıq" (VİDEO)

"Bəzən keyfiyyəti aşağı olan dərmanlarla rastlaşırıq" (VİDEO)

"Bəzən keyfiyyəti aşağı olan dərmanlarla rastlaşırıq" (VİDEO)

Bu gün dərman bazarında saxta və keyfiyyətsiz dərmanların dövrüyəsi mümkün olursa, demək tək sağlamlığımız yox, həm də mənəviyyatımız təhlükə ilə üzləşə bilər.
Tibb elimləri doktoru, professor, onkoloq alim Adil Qeybulla və Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Nəzər Nöqtəsi”nin suallarını cavablandırıb.
Baş Prokurorluğun keçirdiyi əməliyyat nəticəsində saxta və qaçaqmalçılıq yolu ilə dərman bazarına daxil olmuş dərmanlar aşakar ediblər. Və bunun izi ilə də bir cinayyətkar qrup ifşa edilib. Əslində istər mediada, istərsə də sosial şəbəkələrdə saxta dərmanların, dərman bazarında mövcudluğu barədə söhbətlər çoxdandır ki, gedirdi. Hətta bu hallarla bəzi insanlar belə qarşılaşıblar. İndi isə bu konkret faktlarla təsdiqləndi. Biz bundan necə sığortalana bilərik? Qeyd etdiyim kimi, mənəviyyatımız təhlükə altındadır.
- Bütün dünyanın Dövlət Farmakopeyası var. Dövlət Farmakopeyası nədir? Məhz Dövlət Farmakopeyası konkret olaraq həmin dövlətin ərazisində dövriyəsinə icazə verilmış dərman preparatların qeydiyyat kitabıdır. Bütün ictimaiyyət və əhali də bilir ki, həmin ölkənin ərazisində bu dərmanların istifadəsinə icazə verilib. Təəssüflər olsun ki, Azərbaycanda indiyə qədər ya Dövlət Farmakopeyası yoxdur, ya da normal dərman maddələrinin dövlət reystiri yoxdur. Bir innovasiya mərkəzi var. Orda hansı dərmanalar qeydiyyatadan keçib, necə keçib? Bu haqda da məlumatlar kifayət qədər deyil.
- Siz praktikada belə hallarla üzləşmisinizmi? Məsələn, dərmanların tərkibinin dəyişməsi, keyfiyyətinin aşağı olması, eləcə də heç bir təsir effektinə malik deyil.
– Hətta sovet dönəmindəki dərmanların analoqlarının və yaxuddaki, xaricdə olan analoqlarının Azərbaycandakı nümunələri bəzən görürsən ki, keyfiyyət göstəriciləri xeyli aşağıdır. Biz o dərmanları xəstələrə təyin edəndə bunun şahidi oluruq. Ağrıkəsicilərin, antibiotiklərin, spazmalitiklərin, qan təzyiqini aşağı salan dərmanları və.s. Məhz bütün bunlar qeyd etdiyim kimi bu məsələlərdən irəli gəlir. Azərbaycanda ilk növbədə istifadəsinə icazə veriləsi dərmanlar Ümumdünya Səhiyyə Təşkilatının dərman maddəsi kimi qəbul etdiyi dərmanlar olmalıdır. Müxtəlif – üçüncü ölkələrdən, istehsal yeri şübhəli olan, keyfiyyət parametirləri aşağı olan dərmanların Azərbaycana gətirilməsinə icazə vermək olmaz. Niyə? Ona gərə ki, dərman təhlükəsizliyi konsepsiyası olmalıdır. Bu isə milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi omalıdır.
Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz: