» » » Hacı Qamət baş müftinin “şahmat haramdır” fikrini – DƏSTƏKLƏDİ

Hacı Qamət baş müftinin “şahmat haramdır” fikrini – DƏSTƏKLƏDİ

Hacı Qamət baş müftinin “şahmat haramdır” fikrini – DƏSTƏKLƏDİ

“Bu, siyasi xarakter də daşıya bilər”.

Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz bin Abdullah əl-Şeyx şahmatın İslam dininə zidd olduğunu açıqlayıb və bunu haram oyunlar kateqoriyasına daxil edib. Bu, məsələ Azərbaycanda da müzakirə mövzusuna çevrilib. 

ucarliyiq.biz-ın xəbərinə görə, “Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov mövzu ilə bağlı Modern.az saytına açıqlama verib.

O, Səudiyyə Ərəbistanının baş müftisini dəstəkləyən fikirlər səsləndirib.

“Şahmatın haram hesab edilməsi Səudiyyə Ərəbistanının fikri deyil. Burda əsas məsələ müftiyə qarşı aparılan oyundur. Eyni zamanda,  bu, siyasi xarakter də daşıya bilər”,-deyə o bildirib.  

Hacı Qamətin sözlərinə görə müftinin şahmatla bağlı səsləndirdiyi fikir normaldır.

“Ola bilsin,  dövlətin daxilində qızışdırıcı mövqedə dayananlar var ki, bu məsələni ortaya atıb. Bəzi alimlər dəfələrlə bu fikri səsləndiriblər. Fikir ayrılıqları hər zaman olub. Şahmat oyununda bütlər şahmatın ətrafında fırlanır. Bu məsələ dini rəvayətlərdə də  öz əksini tapıb.

Bəzi alimlər şahmat oynamağı məhdud adamlara-komandirlərə, döyüş başçılarına döyüş taktikasını öyrənmək üçün icazə verir. Şahmatla müqayisədə seçim baxımından şaşkiyə üstünlük vermək, daha məqsədəuyğundur. Təbii ki, kimsə oynayırsa,  bunu ona qadağan etmək olmaz.

Şahmatla məşğul olmaq o dərəcədə deyil ki, Azərbacandakı dindarlar bunun haram olmasını əsas gətirib qadağan olunması üçün səy göstərsinlər. Belə məsələlərin yayılması bəzilərinin dini savadsızlığını ortaya qoyur. Onlara qeyri-adi gəldiyindən bu məsələni gündəmə gətirirlər”, - deyə Hacı Qamət bildirib.