» » » Yolların qardan təmizlənməsi xüsusi qərargaha həvalə olundu

Yolların qardan təmizlənməsi xüsusi qərargaha həvalə olundu

Yolların qardan təmizlənməsi xüsusi qərargaha həvalə olundu

Hava şəraitinin kəskin soyuması, yolların buz bağlaması ilə əlaqədar sürücülərə xəbərdarlıq olunub.
Ucarliyiq.biz xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) artıq bununla bağlı lazımı işlər həyata keçirir. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov verilən hava proqnozuna əsasən, sürücülərə xəbərdarlıq etdi:
"Bakı şəhərində hava dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq, deməli, həmişəki kimi yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi və ya baş vermiş yol-qəza hadisələrində ağırlıq dərəcəsinin sayının az olması məqsədi ilə əvvəlcədən sürücülərə müraciət edirik ki, belə hava şəraitində bacardığımız qədər şəxsi avtomobildən istifadə etməyək. Çalışaq ictimai nəqliyyat vasitəsindən istifadə edək", - deyə Vaqif Əsədov bildirdi.
Yolların qardan təmizlənməsi xüsusi qərargaha həvalə olundu

O, həmçinin, sürücülərə sürüşkən, buzlu yollarda maşın idarə etmək üçün avtomobillərin şinlərinin mövsümü olmasına diqqət yetirmələrini tövsiyə etdi.
"Təkərlərin tərkibində rezin məmulatı çox olmalıdır. Əyləc sistemindən istifadə etmək avtomobilin sürüşməsi deməkdir. Şüşəsilənlər işlək vəziyyətdə olmalıdır. Mühərriklərdə su olan avtobillərdə donma baş verir ki, bu da texniki nasazlıq yaradır, odur ki, mühərrikə "antifriz" tökülməsi məsləhətdir. Avtomobilin hərəkətə gətirilməsi və dayandırılmasında sürət qutusundan istifadə olunmalıdır", - deyə polkovnik məsləhət verdi.
Yolların qardan təmizlənməsi xüsusi qərargaha həvalə olundu

Şaxtalı havada yola çıxanlar bunlara əməl etməlidirlər
Vaqif Əsədov piyadaları da şaxtalı hava şəraitində ehtiyatlı olmağa çağırdı. O, qeyd etdi ki, piyadalar yolda gedərkən mütləq səkilərdən istifadə etməlidir, yolu keçərkən isə piyada keçidlərindən keçməlidirlər.
BDYPİ-nin bölmə rəisin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) "Qış qarajı" ilə birgə qərargah yaradılıb. Belə soyuq hava şəraitində BDYPİ-nin əməkdaşları enişli-yoxuşlu, çətin keçilən yollara, tunellərə nəzarət edəcək, radiocihazlar vasitəsilə "Qış qarajı"na məlumat veriləcək və BŞİH-nin qabaqcadan hazırlamış tədbirləri (yollara qum, duz səpilməsi və digər texniki avadanlıqlar) sayəsində həmin yolların qardan təmizlənməsi prosesi həyata keçiriləcək.
Yolların qardan təmizlənməsi xüsusi qərargaha həvalə olundu

Vaqif Əsədov - Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 24-dən 27-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yanvarın 25-dən isə sulu qara, qara keçəcəyi, yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.