» » » FHN ötən il fövqəladə hadisələrdən ölənlərin sayını - AÇIQLADI

FHN ötən il fövqəladə hadisələrdən ölənlərin sayını - AÇIQLADI

FHN ötən il fövqəladə hadisələrdən ölənlərin sayını - AÇIQLADI

Nazirlik məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) 2015-ci ildə respublikada baş verən hadisələrin statistikasını açıqlayıb.

Nazirlikdən ucarliyiq.biz-a verilən məlumata görə, ötən il ərzində respublika ərazisində 47 partlayış hadisəsi baş verib ki, bu da 2014-cü il ilə müqayisədə 11 hadisə və ya 31 faiz çoxdur.
 
Partlayışlar zamanı 13 nəfər həlak olub, 66 nəfər xəsarət alıb.
 
2015-ci il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 13492 çıxış edilib. 

Yanğın hadisələri zamanı 64 nəfər ölüb, 170 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 5 nəfər və ya 8 faiz, xəsarət alanlar üzrə 71 nəfər və ya 72 faiz çoxdur.
 
Ötən il respublika ərazisində 13658 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2370 hadisə və ya 21 faiz çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 77 nəfər həlak olub, 237 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 208 nəfər xilas edilib, 802 nəfər təxliyə olunub.