» » » Tərtərdə qəbirlər su altında qalıb - VİDEO

Tərtərdə qəbirlər su altında qalıb - VİDEO

Tərtərdə qəbirlər su altında qalıb - VİDEO

“Arx böyük və istifadəyə yararsız olduğundan belə fəsadlara yol açır”.

Tərtərdə yerləşən qəbiristanlıqda xoşagəlməz hal yaşanır.

ucarliyiq.biz Qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakinləri müraciətlərində bunu mərhum yaxınlarına qarşı hörmətsizlik kimi qəbul edirlər. Belə ki, Tərtərin Heydər Əliyev adına parkının arxasında yerləşən qəbiristanlıqda qəbirlər su altında qalıb.

Buna səbəb isə oradan keçən arx suyunun ətrafa yayılmasıdır. Rayonda “Köhnə qəbiristanlıq” adı ilə tanınan məzarlıq artıq uzun müddətdir ki, bu vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, arx böyük və istifadəyə yararsız olduğundan belə fəsadlara yol açır.