» » » Azərbaycanda sərxoş sürücü piyadanı öldürdü – FOTO

Azərbaycanda sərxoş sürücü piyadanı öldürdü – FOTO

Azərbaycanda sərxoş sürücü piyadanı öldürdü – FOTO

Ölənin şəxsiyyəti məlum deyil.

Bərdədə piyada ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

ucarliyiq.biz ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bərdə-Tərtər yolunun 1-ci km də qeydə alınıb.

Bərdə rayon sakini Pənah Bayramov idarə etdiyi VAZ-21103 markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Piyadanın başı avtomobilin ön hisəsinə çırpılıb. 

Aldığı zərbədən o elə hadisə yerindəcə dünyasını dəyişib.

55 yaşlı Pənah Bayramov qəzanı törətdikdən sonra hadisə yerindən uzaqlaşa da, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Meyit isə müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib.

İlkin ehtimala görə, hadisə nəticəsində dünyasını dəyişən şəxs içkili olub. Hələlik onun şəxsiyyəti məlum deyil.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları ölənin kimliyini müəyyənləşdirməyə çalışır. Faktla bağlı Bərdə rayon polisində araşdırma aparılır.

Azərbaycanda sərxoş sürücü piyadanı öldürdü – FOTO

Azərbaycanda sərxoş sürücü piyadanı öldürdü – FOTO

Azərbaycanda sərxoş sürücü piyadanı öldürdü – FOTO