» » » Təhsil Nazirliyi sosial şəbəkədə yayılan videoya münasibət bildirdi - VİDEO

Təhsil Nazirliyi sosial şəbəkədə yayılan videoya münasibət bildirdi - VİDEO

Təhsil Nazirliyi sosial şəbəkədə yayılan videoya münasibət bildirdi - VİDEO

Müəllim qız uşağını vurur.

Təhsil Nazirliyi sosial şəbəkədə müəllimin şagirdi döyməsini əks etdirən videoya münasibət bildirib.

ucarliyiq.biz xəbər verir ki, sosial şəbəkədə yayılan videoda görünür ki, müəllim dərsini bilməyən qız uşağının başından vurur, daha sonra isə onu təhqir edir.

Videonu yayan şəxs bildirib ki, hadisə Xırdalan şəhərindəki 9 saylı məktəbdə çəkilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyi ucarliyiq.biz-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılmış video ilə bağlı hazırda araşdırma aparılır:

"Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcəkdir".