» » » “Azəryolservis”: Yol texnikası saz vəziyyətə gətirilib

“Azəryolservis”: Yol texnikası saz vəziyyətə gətirilib

“Azəryolservis”: Yol texnikası saz vəziyyətə gətirilib

“Hələlik yollarda hər hansı bir problem yoxdur”.

Bakı və regionlarda müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar “Azəryolservis” ASC-nin Yol İstismar İdarələri xidmət etdiyi avtomobil yollarının, yol avadanlıqlarının texniki vəziyyətinə baxış keçirib. Yol texnikası və maşın-mexanizmlərin saz vəziyyətə gətirilməsi prosesi icra edilib. Eyni zamanda, zəruri miqdarda texniki duz, yanacaq-sürtgü materialları, habelə qum hazır vəziyyətə gətirilib. 

Bu barədə ucarliyiq.biz-ə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Bununla belə, A.Nəcəfli sürücüləri də ehtiyatlı olmağa çağırıb: 

"İndiki hava şəraitində avtomobil sahibləri maşının qış rejiminə uyğunlaşması üçün onun təkərlərini dəyişdirməlidirlər. Çünki yağışlı və qarlı hava şəraitində avtomobil yolları sürüşkən olur, bu da baş verən qəzaların sayını artırır.

Sürücülər avtomobillərinin şinlərinə, şüşə silgəclərinin işlək vəziyyətdə olmasına, habelə soyuducu sistemlərində donmayan mayelərdən istifadə olunmasına diqqət yetirməlidirlər".

Şirkət rəsmisi əlavə edib ki, hələlik yollarda hər hansı bir problem yoxdur. O, vətəndaşları yolda yaranacaq problemlərlə əlaqədar (012) 599 79 75 nömrəli "Qaynar xətt"ə zəng edə biləcəklərini bildirib.