» » » Bakı yollarında sürət həddi azaldıldı

Bakı yollarında sürət həddi azaldıldı

Bakı yollarında sürət həddi azaldıldı

NİİM məlumat yaydı.

Bakının bəzi küçə və prospektlərində əlverişsiz hava şəraiti ilə əlaqədar sürət həddi aşağı salınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) ucarliyiq.biz-a verilən məlumata görə, sürət həddinin azaldılması ilə əlaqədar elektron tablolarda dəyişiklik edilib.

Belə ki, "Koroğlu" metro stansiyasından başlayaraq Bakının Böyükşor yol qovşağı - Heydər Əliyev Beynəlxalq Aeroportu - Mərdəkan dairəsi - Bilgəh, eləcə də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu yollarında hərəkət sürəti aşağı salınıb.

Sözügedən yollarda sürət həddi müvafiq olaraq, zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb - 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilib.