» » » NİİM-nin mətbuat xidmətinin rəhbəri işdən çıxdı

NİİM-nin mətbuat xidmətinin rəhbəri işdən çıxdı

NİİM-nin mətbuat xidmətinin rəhbəri işdən çıxdı

Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı çalışdığı idarə ilə yollarını ayırıb. Bu barədə hələ 10 gün əvvəl qərar verən Şəfa xanım karyerasında dəyişiklik etmək istədiyini bildirib.
O, bu barədə qəraraını bu gün elan edib.
"Əziz Dostlar, 4 ilə yaxın bir müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində çalışmışam və hər zaman NİİM-in imicinin yüksəldilməsi üçün əlimdən gələni etmişəm. Bu gündən etibarən NİİM-də çalışmıram. NİİM mənim üçün doğmadır və hər zaman da belə olacaqdır", deyə o sosial səhifədəki səhifəsində məlumat paylaşıb.
NİİM-nin mətbuat xidmətinin rəhbəri işdən çıxdı

Ş.Mehmanqızının statusu
Məsələ ilə bağlı açıqlama verən mətbuat xidmətinin sabiq rəhbəri bu qərarı özünün verdiyini və və Nəqliyyat Nazirliyi ,eləcə də çalışdığı NİİM-lə heç bir problemi olmadığını deyib:
"İşdən çıxmaqla bağlı artıq rəhbərliyə ərizə ilə müraciət etmişəm. Hazırda sənəd və təhvil-təslim işləri ilə əlaqədar nazirlikdəyəm. Bu qərara gəlməyimə səbəb karyeramda dəyişiklik etmək istəyimdir. Hazırda müxtəlif televiziya və dövlət idarələrindən təklif almışam. Onlardan birini dəyərləndirəcəm. Yaxın 10 gündə yeni iş yerimdən xəbəriniz olacaq."
NİİM-nin mətbuat xidmətinin rəhbəri işdən çıxdı

Şəfa Mehmanqızı-NİİM-in mətbuat xidmətinin rəhbəri
Şəfa Mehmanqızı ilə yanaşı nazirliyin digər əməkdaşı Pərvin Mətləbqızı da işdən çıxması ilə bağlı ərizə yazıb. Onun sözlərinə görə, bu şəxsi qərarıdır və işdən uzaqlaşdırılmayıb,öz istəyi ilə çıxıb.
Hər iki şəxs 4 ildir NİİM-də çalışıblar.