» » » Azərbaycana 41 sm qar yağdı

Azərbaycana 41 sm qar yağdı

Azərbaycana 41 sm qar yağdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 24-ü gündüzdən 25-i səhərədək müşahidə olunmuş faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.
Nazirlikdən verilən əlumata görə,əvvəlcədən xəbər verildiyi kimi yanvarın 25-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 3-24, Böyük Qafqazda 1-17, Kiçik Qafqazda 5-6, Mərkəzi-Aran rayonlarında 3-15, Qazax-Gəncə zonasında 3-9, Naxçıvan MR-da 1-7, Bakıda və Abşeron yarımadasında 1-6 mm olub.
Qar örtüyünün hündürlüyü hazırda dağlıq rayonlarda 12-41, dağətəyi rayonlarda 1-9 sm-ə çatıb.
Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.
Azərbaycana 41 sm qar yağdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 24-dən 27-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yanvarın 25-dən isə sulu qara, qara keçəcəyi, yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Yanvarın 25-26-da güclü şimal-qərb küləyi əsəcək. Yolların buz bağlayacağı, çovğun olacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə tədricən 6-8 dərəcə aşağı enəcək.
Yanvarın 27-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin kəskin dəyişəcəyi, yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.