» » » Azərbaycanda güclü qar yağacaq

Azərbaycanda güclü qar yağacaq

Azərbaycanda güclü qar yağacaq

ETSN məlumat yaydı.

Bakıda və Abşeron yarımadasında sabah arabir qar yağacağı, axşama doğru kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, havanın temperaturu Abşeronda gecə 0-3 şaxta, gündüz 0-2 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah arabir qar yağacağı gözlənilir. Bəzi rayonlarda intensiv olacağı ehtimal var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.