» » » Telekanallara verilmiş 11 milyon manatın taleyinə aydınlıq gətirildi

Telekanallara verilmiş 11 milyon manatın taleyinə aydınlıq gətirildi

Telekanallara verilmiş 11 milyon manatın taleyinə aydınlıq gətirildi

Pullar nəyə xərclənib?

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycan prezidentinin 09 sentyabr 2011-ci il tarixli 1709 nömrəli və 04 aprel 2013-cü il tarixli 2830 nömrəli sərəncamına əsasən müvafiq olaraq ayrılmış 5 və 6 milyon manat vəsaitdən serial çəkilişi üçün kanallara köçürülmüş vəsaiti açıqlayıb.

ucarliyiq.biz xəbər verir ki, MTRŞ-nin Aparatından APA-ya verilən xəbərə görə, 09 sentyabr 2011-ci il tarixli 1709 nömrəli sərəncamına əsasən ayrılan 5 milyon manatdan ATV kanalının hesabına “Sirr”, “Pərvanələrin rəqsi”, “Onu bağışlamaq olarmı” serialının çəkilişi üçün ümumilikdə 1 milyon manat, ANS kanalına “Xoca” və “Ağabəyovlar” serialının çəkilişi üçün ümumilikdə 800 min manat, “Lider” kanalına “Dostlar”, “Satko”, “Muradına çatan günəş” seriallarının çəkilişi üçün ümumilikdə 800 min manat, “Space” kanalına “Cənnətə səyahət”, “Bir kəndin Sevinci” seriallarının çəkilişi üçün ümumilikdə 800 min manat, “Xəzər” kanalına “Aramızda qalsın”, “Qaynana”, “Ayrılıq son deyil”, “Həyat varsa”, “Sonun başlanğıcı” seriallarının çəkilişi üçün ümumilikdə 800 min manat, İctimai televiziyaya “Qarabağ”, “Dalan” , “Döngələr”, “Qaranlıqlar çiçəyi”, “Xoş təsadüf” seriallarının çəkilişi üçün isə ümumilikdə 800 min manat vəsait köçürülüb.

Ölkə başçısının 04 aprel 2013-cü il tarixli 2830 nömrəli Sərəncamına əsasən ayrılan 6 milyon manat vəsaitdən ATV kanalına “Çaqqal nəfəsi”, “Toy gecəsi”, “Həyat çiçəyi”, “Aydın” və “Qız yükü” seriallarının çəkilişi üçün ümumilikdə 1 milyon 200 min manat, “Lider” kanalına “Qisas”, “Durnalar qayıdanda”, “Tufanlı Səma” ümumilikdə 1 milyon manat, “Space” kanalına “Tək olanda qorxma”, “Oğurlanmış arzular”, “Üç bacı” seriallarının çəkilişi üçün ümumilikdə 1 milyon manat, “Xəzər” kanalına “Həyat sən nə qəribəsən”, “Sənə inanıram”, “Cehizsiz gəlin”, “Əli və Nino” seriallarının çəkilişi üçün ümumilikdə 1 milyon 250 min manat, “Region” kanalına “Hipokrat andı”, “Əhməd haradadır”, “Kolxoz 85”, “Sənsiz” seriallarının çəkilişi üçün isə ümumilikdə 550 min manat vəsait köçürülüb.

ANS kanalının hesabına “Fatma” və “Abşeron” seriallarının çəkilişi üçün 960 min manat köçürülüb: “Lakin müqavilə şərtlərini pozduğuna görə 40 min manatın ödənişi dayandırılıb. İş hazırda məhkəmənin icraatındadır”.