» » » İlham Əliyevin yeni köməkçisi kimdir?

İlham Əliyevin yeni köməkçisi kimdir?

İlham Əliyevin yeni köməkçisi kimdir?

Natiq Əmirov Dəvəçidə anadan olub.

Yanvarın 25-də Prezident İlham Əliyev Natiq Ərziman oğlu Əmirovun Azərbaycan Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

ucarliyiq.biz xəbər verir ki, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov 1967-ci ildə Dəvəçi rayonunda anadan olub.

1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini (hüquqşünas) bitirib.

1990-2000-ci illərdə Sumqayıt şəhərində müxtəlif vergi orqanlarında məsul vəzifələr tutub.

2000-2001-ci illərdə Bakı şəhəri, Səbail rayonu Vergilər İdarəsinin rəis müavini vəzifəsində çalışan Natiq Əmirov daha sonra Vergilər Nazirliyi iri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentin rəis müavini (2001-2003) və Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi (2003-2005) vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 16 avqust, 2005-ci il tarixli sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 4 mart, 2009-cu il tarixli sərəncamı ilə vergilər nazirinin I müavini vəzifəsinə təyinat alıb.

Ailəlidir. 3 övladı var.