» » » Nuşirəvan Məhərrəmli: Mirşahin Ağayev dostumdur

Nuşirəvan Məhərrəmli: Mirşahin Ağayev dostumdur

Nuşirəvan Məhərrəmli: Mirşahin Ağayev dostumdur

“İndi onların əlində kanal var deyə, onu tənqid edəcəklər?”

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ANS telekanalı, bu telekanalın mühüm simalarından olan Mirşahin Ağayevlə münasibətlər barədə danışıb.

ucarliyiq.biz xəbər verir ki, baku.ws saytına müsahibəsində N. Məhərrəmli bildirib ki, onun Mirşahin Ağayevlə heç bir şəxsi problemi yoxdur.

“Tamamilə səhv, absurd bir fikirdir. Əksinə, ANS kanalında ən çox münasibətdə olduğum adam Mirşahin Ağayevdir. Mirşahin Ağayev dostumdur. Ümumiyyətlə şəxsi məsələni bu işə qatmaq düzgün deyil. Təbii ki, bunu bu səviyyəyə gətirmək düzgün deyil”, - deyə, o, bildirib.

ANS-in “Hesabat” verilişində tənqid olunmasından sonra rəhbərlik etdiyi qurumun bu verilişin bağlanılması haqqında qərar qəbul etməsindən danışan N. Məhərrəmli baş vermiş iki hadisənin bir-biri ilə əlaqəli olmadığını vurğulayıb

“Bu fikir tamamilə səhvdir. Mən dövlət qurumunu təmsil edirəm. Mənə qarşı əsassız bir ittiham irəli sürürlərsə, həmin ittihama cavab verməliyik, ya yox? İndi onların əlində kanal var deyə, onu tənqid edəcəklər?”, - deyə, o, bildirib.