» » » İranda ölən körpənin cənazəsi Azərbaycana gətirildi

İranda ölən körpənin cənazəsi Azərbaycana gətirildi

İranda ölən körpənin cənazəsi Azərbaycana gətirildi

Uşaq, bu gün dəfn olunacaq.

İran İslam Respublikasının Təbriz şəhərinin “Kudəkan” xəstəxanasında vəfat edən Dadaşzadə Qorqud Rövşən oğlunun cənazəsi Azərbaycana gətirilib. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə APA-ya mərhumun əmisi Şəhriyar Dadaşov məlumat verib. 

O qeyd edib ki, Dadaşzadə Qorqud bu gün Cəlilabad rayonunun Boyxanlı kəndində dəfn olunacaq.
 
Qeyd edək ki, 2015-ci il aprelin 24-də Cəlilabad rayonunda anadan olan Dadaşzadə Qorqud Rövşən oğlu Təbriz şəhərində "Kudəkan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində bu il yanvarın 20-də dünyasını dəyişib.

Həkimlər 3200 manat, əlavə xərclər də hesablanmaqla ümumilikdə 4000 manat borcu əsas gətirib, uşağın meyitini verməkdən imtina edirdilər. Adının açıqlanmasını istəməyən Azərbaycan vətəndaşı xəstəxanaya olan borcun yarısını ödəyib. Borcun qalan hissəsini isə xəstəxana güzəşt edib.