» » » Şagirdi döyən müəllim və direktorun işi araşdırıldı

Şagirdi döyən müəllim və direktorun işi araşdırıldı

Şagirdi döyən müəllim və direktorun işi araşdırıldı

"Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsində məktəbin direktoru Həcər İbrahimova və ibtidai sinif müəllimi Sevda Rüstəmovanın iştirakı ilə araşdırılıb".
Bu barədə məlumat Abşeron Rayon Təhsil Şöbəsindən verilib.
Şöbənin məlumatına görə, baş vermiş hadisənin məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şurada müzakirə edilməsi və müvafiq qərarın şura üzvləri tərəfindən verilməsi tövsiyə olunub. "Pedaqoji Şuranın qəbul etdiyi qərarla bağlı əlavə məlumat veriləcək".
Saat 14:23
Abşeron rayonu, Xırdalan şəhəri 9 nömrəli məktəbdə qeydə alınan video ilə bağlı məktəbin direktoru, müəllimə və valideyn Təhsil Nazirliyinə çağırılıblar.
Bu barədə Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat xidməti Anar Nağıyev deyib: "Hadisə oktyabr ayında olub. Videonu da valideyn çəkib. Hal-hazırda məktəbin direktoru da, müəllimə də, həmin valideyn də Təhsil Nazirliyindədirlər. Onlardan izahat alınıb".
Onun sözlərinə görə, bu görüntüləri valideynlərdən biri çəkib.
Bu gün sosial şəbəkələrdə ibtidai sinif müəlliməsinin şagirdi təhqir edərək başına vurduğu kadrlar yayılıb. Həmin videonu təqdim edirik:

İbtidai sinif müəlliməsinin şagirdi vurması
Məsələ ilə bağlı Xırdalan qəsəbəsində yerləşən 9 nömrəli məktəblə əlaqə saxladıq. Adını açıqlamayan direktor müavini hadisədən xəbərdar olduqlarını bildirib:
"Hadisə noyabr ayında olub. Nədənsə, indi sosial şəbəkələrdə yer alıb. Müəllimənin vurduğu şagird onun qardaşı qızıdır. İnsident dərsdən sonra olub. Müəllimə iki başqa şagirdin valideynini gözləyərkən boş qalmamaq üçün şagirdlərə dərs keçmək fikrinə düşüb. Onlardan biri onun qardaşı qızı olub. Bu zaman hirslənərək onu vurub. Sinifdə cəmi 6 şagird olub, onun da ikisi öz uşağı, ikisi qardaşı qızları, ikisi başqa uşaq olub", - deyə məktəbdən vurğuladılar.
Təhsil Nazirliyi isə məsələni nəzarətdə saxladığını bildirdi. Hazırda bununla bağlı araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.
Şagirdi döyən müəllim və direktorun işi araşdırıldı

Hadisə baş verən məktəb