» » » İsmayıllıda üç uşaq anası özünü asdı

İsmayıllıda üç uşaq anası özünü asdı

İsmayıllıda üç uşaq anası özünü asdı

Araşdırma aparılır.

İsmayıllı rayonunda intihar hadisəsi baş verib. 

ucarliyiq.biz xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı şəhərində qeydə alınıb. 

Rayonun Aşıqbayramlı kənd sakini, 1979-cu il təvəllüdlü Şükürova İlhamə Ağahüseyn qızı atasının evinə qonaq gedib və həyətdəki yardımçı tikilidən özünü asaraq intihar edib.

Üç uşaq anası İlhamə Şükürovanın özünə qəsd etməsinin dəqiq səbəbi hələ ki, məlum deyil. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.