» » » Ağac "qətliamına" görə 4000 AZN cərimələndi

Ağac "qətliamına" görə 4000 AZN cərimələndi

Ağac "qətliamına" görə 4000 AZN cərimələndi

Bakıda ağacları kəsən şəxs yenə də cərimələndi. "Nizami rayonu 8-ci km kimi tanınan ərazidə, məşhur ticarət mərkəzlərinin qarşısında ağacları qanunsuz şəkildə kəsən Əhmədov Mais Ənvər oğlu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə 4000 manat cərimələnib.
İş icraçısı ağacları kəsmədiyini iddia edərək onların yerini köçürdüyünü bildirib. Daha düşünməyib ki, nazirliyin ekspertiza rəyi olmadan bu addımı atmaq olmaz.
Nazirlik sözçüsü İradə İbrahimovanın verdiyi məlumata görə, həmin şəxs törətdiyi əməldən dərs almayıb. Yenə də qanunları kobud şəkildə pozub:
"İş icraçısı, nazirlikdən heç bir rəy almadan ağacları kəsib. Onlar arasında sərv və eldar şamları var. Onu əsas gətirir ki, yol genişləndirilir. Amma ilk növbədə məsələ ilə bağlı müraciət olunmalı idi. Bunu etmədiyi üçün Əhmədov Mais Ənvər oğlu inzibati xətalar məcəlləsinin 92.2 maddəsi ilə 4000 AZN cərimələnib".
Ağac "qətliamına" görə 4000 AZN cərimələndi

Qanunsuz kəsilən ağac
Ağac qətliamını edən Mais Əhmədov hələ yanvarın 20-də oxuculardan birinin bizə şikayətindən sonra 2200 manat cərimə olunmuşdu. O, abadlıq işləri çərçivəsində, şər qarışan kimi qanunsuz şəkildə ağacları kəsərək fəhlələrə daşıtdırmışdı .
Əlavə edək ki, adıçəkilən ünvanda avtobus xətlərinin daha intensiv hərəkəti üçün yol genişləndirilir. İşlərə bir həftə əvvəl başlanılıb. Məlumata görə, genişləndirilmiş yol kənarlarında dayanacaqlar salınacaq. Buna görə də lazımi hissələr bəndlənir.
Ağac "qətliamına" görə 4000 AZN cərimələndi

Nizami rayonu, 8-ci km
Düzdür, abadlıq işləri, sürücü və sərnişinlərin rahatlığı üçün görülən işlər təqdirə layiqdir. Amma dilsiz- ağızsız ağacların bu cür qətliamı yolverilməzdir. Onsuz da yaşıllıq sahələrinin sayı aparılan tikinti quruculuq işləri nəticəsində kəskin azalıb. Bu isə o deməkdir ki, yaşıllıqları məhv edərək özmüzü təmiz havadan məhrum edirik.