» » » Bakıda yollar buz bağladı (VİDEO)

Bakıda yollar buz bağladı (VİDEO)

Bakıda yollar buz bağladı (VİDEO)

Ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürməkdədir. ANS TV-nin məlumatına görə, gecə saatlarından başlayaraq paytaxtda yollar buz bağlyıb. Hidrometeoroloqlar və dövlət yol polisi sürücülərə xəbərdarlıq edir.
Hazırda paytaxtın mərkəzi küçələrində yolların buz bağlanmasına baxmayaraq avtomobillərin intensivliyi müşahidə olunur. Qeyd edək ki, hidrometeoroloqların proqnozu özünü doğrultdu. Onlar havanın temperaturunu -2 dərcə olacağını praqnozlaşdırmışdırlar.
Bakıda qarla yanaşı, şimal küləyi də əsir. Hidrometeoroloqlar və dövlət yol polisi sürücülərə xəbərdarlıq edir ki, avtomobillərini qışa hazırlasınlar. Texniki baxımdan nasaz avtomobillərlə yola çıxmasınlar. Daha çox ictimai nəqliyyatın xidmətlərindən istifadə etsinlər.
Artıq Bakı Şəhər İcra Hakimiyyətinin qartəmizləyən texnikaları iş başındadır. Onlar səhərə kimi, işlərini davam etdirəcəklər.
Bir daha qeyd edək ki, səhər saatlarına kimi qarın yağacağı və yolların buz bağlayacağı gözlənilir. İnsanlar yollarda ehtiyyatlı olsunlar.