» » » DYP Bakı yollarını nəzarətə götürdü

DYP Bakı yollarını nəzarətə götürdü

DYP Bakı yollarını nəzarətə götürdü

“Artıq üç yol qəza hadisəsi baş verib”.

Hal-hazırda Bakının bütün küçə və prospektləri Bakı Şəhər Baş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Bunu ucarliyiq.biz-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

Şöbə rəisi qeyd edib ki, hazırda Bakının hündür ərazilərinin yollarını şaxta tutub:

“Yasamal ərazisi, Şəfaət Mehdiyev küçəsi, Günəşli qəsəbəsi, Bakıxanov enişi, Rəsulzadə istiqamətində yerlər buzla donduğundan hərəkətdə gərginlik yaşanır. Artıq kəskin hava şəraiti ilə əlaqədar, maddi zərərlə nəticələnən üç yol qəza hadisəsi baş verib”.

Elvin Əhmədov