» » » Azərbaycanda vulkan püskürdü (FOTO, VİDEO)

Azərbaycanda vulkan püskürdü (FOTO, VİDEO)

Azərbaycanda vulkan püskürdü (FOTO, VİDEO)

Hacıqabulda bu gün səhər saatlarında palçıq vulkanı püskürməyə başlayıb.
Bu barədə rayonun Udullu kənd sakini Razi Həsənov məlumat verib. Onun sözlərinə görə, səhər saat 07 radələrində Kalamandun (Axtarma) dağında püskürməyə başlayan vulkanın mərkəzində alovun hündürlüyü 60-70 metrə qədərdir: "Səhər saatlarında püskürməyə başlayan bu vulkanın mərkəzindən qalxan alov yaxınlıqdakı kəndləri işıqlandırır. Bundan əvvəl belə bir hadisə heç vaxt baş verməmişdi. Baş verən bu təbiət hadisəsi kənd sakinlərinin böyük marağına səbəb olub".
Azərbaycanda vulkan püskürdü (FOTO, VİDEO)

Püskürən vulkan
Kənd sakini hadisə barədə dərhal Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat verdiyini, qurumdan isə məsələdən xəbərdar olduqlarını bildirdiklərini deyib.
Razi Həsənov vulkandan lava çıxdığını desə də, bunun kənd üçün təhlükə törətməyəcəyini düşünür.