» » » Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiniz

Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiniz

Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiniz

“Yalnız texniki cəhətdən saz olan avtomobillərdən istifadəyə üstünlük verilməlidir”.

Dövlət nömrə nişanları təmiz saxlanılmayan, işıq cihazlarının görünməsi təmin etməyən sürücülər inzibati qaydada məsuliyyətə cəlb ediləcək.

Bunu Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov ucarliyiq.biz-ə bildirib.

Bölmə rəisi sürücüləri şəxsi avtomobildən istifadədən imtina etməsinə çaqrış edib:

“Belə hava şəraitində peşəkar, avtomobil idarə etməyə uyğunlaşan sürücülərin avtomobil idarə etməsinə şərait yaradılmalıdır. Ən yaxşı halda isə şəxsi avtomobildən istifadədən imtina etməli və ictimain nəqliyyatdan istifadəyə üstünlük verilməlidir”.

V.Əsədov bildirib ki, belə hava şəraitində sürət həddi minimuma endirilməli, ara məsafəsi normadan artıq saxlanılmalıdır: 

“Sürücülər əyləc sistemindən istifadə etmənin avtomobilin sürüşmə ehtimalının artırdığını yadda saxlamalıdırlar”.

Bölmə rəisi deyib ki, bu günlərdə yalnız texniki cəhətdən saz olan avtomobillərdən istifadəyə üstünlük verilməlidir: 

“Unutmaq olmaz ki, istismar müddəti bitmiş, isitmə sistemi olmayan və soyutma sistemi su ilə təchiz edilən nəqliyyat vasitələrindən belə hava şəraitində istifadə edilməsi çox təhlükəlidir. Ona görə də bir daha xahiş edirik ki, sürücülər bunu nəzərə alıb ən azından özlərinin təhlükəsizliyi naminə bu deyilənləri yerinə yetirsinlər”.

Qeyd edək ki, İXM 155.1 maddəsinə müvafiq olaraq dövlət qeydiyyat nişanının təmiz saxlanılmaması və çirkli saxlamaqla görünməz hala gətirildikdə müvafiq olaraq 40 manat miqdarında cərimə nəzərdə tutulur.