» » » Məktəblərdə qış tətili başlayır

Məktəblərdə qış tətili başlayır

Məktəblərdə qış tətili başlayır

Bu gün dərs ilinin birinci yarımili başa çatacaq.

Sabahdan etibarən Azərbaycanın orta ümumtəhsil məktəblərində qış tətili başlayır. 

ucarliyiq.biz-ın xəbərinə görə, qış tətili yanvarın 31-dək davam edəcək. 

Bu gün dərs ilinin birinci yarımili başa çatacaq və dərs ilinin ikinci yarımili fevralın 1-də başlayacaq.

Azərbaycanın ümumi təhsil məktəblərində dərs məşğələləri ötən il sentyabrın 15-i başlayıb, bu il iyunun 14-də başa çatacaq.

Qeyd edək ki, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar, ibtidai siniflər üçün isə 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.