» » » Nazir müavini müəllimlərin şagirdləri döyməsindən danışdı

Nazir müavini müəllimlərin şagirdləri döyməsindən danışdı

Nazir müavini müəllimlərin şagirdləri döyməsindən danışdı

“Hər bir müəllim öz fəaliyyətində bunu olduğu kimi rəhbər tutmalıdır”.

İstənilən halda müəllimin şagirdi vurması qəbuledilməzdir.

ucarliyiq.biz "Report"-a  bunu təhsil nazirinin müavini Ceyhun Bayramov son günlər bəzi məktəblərdə müəllimlərin şagirdləri döyməsi yer alan videogörüntülərə bildirərkən deyib

Nazir müavininin sözlərinə görə, müəllimin şagirdi vurması normal hesab olunmur: 

"Hər bir müəllimin bilməli olduğu etik qaydalar var. Hansı ki, bu qaydalar Təhsil Nazirliyi tərəfindən tətbiq edilir. Hər bir müəllim öz fəaliyyətində bunu olduğu kimi rəhbər tutmalıdır.

Müəllimin şagirdi döyməsi hallarında isə məktəb rəhbərliyi tərəfindən, ehtiyac olan təqdirdə isə Təhsil Nazirliyi və aidiyyəti təhsil orqanları tərəfindən məsələ araşdırılır və müvafiq tədbirlər görülür".

Qeyd edək ki, son bir ayda iki məktəbdə - Sumqayıt şəhəri 22 saylı məktəbdə və Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə müəllimlərin şagirdi döyməsi faktı ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb.

Təhsil Nazirliyi hadisəni araşdırdıqdan sonra "Təhsil haqqında" qanunun və "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq edən, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verdiyinə görə Sumqayıt şəhəri 22 saylı məktəbin tarix müəllimi İ.Hüseynovun işdən çıxarılması barədə qərar qəbul etmişdi.

Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsində məktəbin direktoru Həcər İbrahimova və ibtidai sinif müəllimi Sevda Rüstəmovanın iştirakı ilə araşdırılıb.

Baş vermiş hadisənin məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şurada müzakirə edilməsi və müvafiq qərarın şura üzvləri tərəfindən verilməsi tövsiyə olunub.