» » » Şamaxıda 5 kəndlə əlaqə kəsilib

Şamaxıda 5 kəndlə əlaqə kəsilib

Şamaxıda 5 kəndlə əlaqə kəsilib

Yollar bağlanıb.

Şamaxı rayonunun beş kəndi ilə əlaqə kəsilib. 

ucarliyiq.biz-ın Report-a istinadən verdiyi məlumatına görə, güclü qar səbəbi ilə rayon ərazisindəki yollar bağlanıb və ucqar dağ kəndləri ilə əlaqə kəsilib. 

Rayonun Qaleybuğurt, Sis, Qaladərəsi, Pirbəhli və Zarat kəndlərinə gediş-gəliş yoxdur. 

Şamaxı rayon 9 saylı Yol İstismarı İdarəsindən bildirilib ki, hazırda idarənin balansında olan 10-a yaxın ağır texnika və canlı qüvvə Bakı- Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayonu ərazisndən keçən hissəsini qardan təmizlədiyi üçün kənd yollarının qardan təmizlənməsi işlərinə və yolların açılmasına günün ikinci yarısı başlanılacaq.