» » » Qarlı hava məktəblərdə davamiyyətə təsir edib

Qarlı hava məktəblərdə davamiyyətə təsir edib

Qarlı hava məktəblərdə davamiyyətə təsir edib

Artıq bir neçə gündür ölkə ərazisində müşahidə edilən qarlı və şaxtalı hava şəraiti şagirdlərin məktəblərə getməsinə maneə yaradıb. Təhsil Nazirliyindən verilən əlumata görə,bu çətinlik xüsusilə dağlıq rayonlarda daha çox müşahidə olunur.
Nazirlikdən verilən məlumata görə, qış mövsümünə hazırlıq və qarlı-şaxtalı havalarda məktəblərdə tədris prosesinin pozulması hallarına yol verilməməsi yerli təhsili idarəetmə orqanlarının, eləcə də yerli icra nümayəndəliklərinin diqqətindədir.
"Lakin kənd rayonlarında, xüsusilə dağlıq ərazilərdə yerləşən rayonların bir sıra kəndlərində qarın normadan artıq yağması ilə əlaqədar yollarda maneələrin yaranması, yolların buz bağlaması, güclü külək, eləcə də elektrik təminatında yaranmış fasilələr məktəblərdə davamiyyətə mənfi təsir edir.
Yerlərdən alınmış məlumata əsasən, əksər dağlıq ərazilərdə qarın hündürlüyü 50-60 sm-ə çatıb. Hava şəraitinin pisləşməsi nəticəsində bəzi dağlıq və dağətəyi rayonların yüksək dağ kəndlərində şagirdlərin dərsə davamiyyəti nisbətən aşağı düşüb", - deyə nazirlikdən bildirdilər.
Qarlı hava məktəblərdə davamiyyətə təsir edib

Nazirlikdən onu da əlavə etdilər ki, sabahdan etibarən ümumi təhsil müəssisələrində qış tətili başlayır. Tətil müddətində məktəblərdə hava şəraiti ilə bağlı yaranmış problemlərin aradan qaldırılması üçün yerli orqanlar tərəfindən müvafiq tədbirlər görüləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 24-dən 27-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yanvarın 25-dən isə sulu qara, qara keçəcəyi, yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.