» » » Xırdalanda şagirdi döyən müəllimə cəza verildi

Xırdalanda şagirdi döyən müəllimə cəza verildi

Xırdalanda şagirdi döyən müəllimə cəza verildi

Direktora xəbərdarlıq edilib.

Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı bu gün məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şuranın iclası keçirilib.

ucarliyiq.biz xəbər verir ki, Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev APA-ya açıqlamasında deyib ki, Pedaqoji Şuranın iclasında ibtidai sinif müəllimi Sevda Rüstəmovaya şiddətli töhmət elan edilib: 

“Sevda Rəhimova bir də bu cür hərəkətlərə yol versə, dərhal işdən azad olunacaq”.

A. Nağıyev qeyd edib ki, məktəbin direktoru Həcər İbrahimova baş verən hadisəyə görə xəbərdarlıq edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videogörüntüdə ibtidai sinif müəllimi Sevda Rüstəmovanın 3-cü sinif şagirdini vurduğu əks olunub.