» » » Hər bir regionda 300-dək əlavə iş yeri açıla bilər

Hər bir regionda 300-dək əlavə iş yeri açıla bilər

Hər bir regionda 300-dək əlavə iş yeri açıla bilər

Nazir açıqlama verib.

Azərbaycanın hər bir regionunda 6 aylıq müqavilələr əsasında ictimai işlərə cəlb etmək yolu ilə 300-dək əlavə iş yeri açıla bilər. 

ucarliyiq.biz xəbər verir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə bunu 6 aylıq və 1 illik müqavilələr əsasında və dövlət büdcəsindən maliyyələşən müxtəlif dövlət müəssisələrində, eləcə də dövlətə məxsus iri şirkətlərdə vakant yerləri doldurmaqla etmək olar.

S.Müslümov qeyd edib ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində SOCAR və "Azəriqaz" İB-nin nümayəndələri ilə geniş müşavirə keçiriləcək: 

"Biz ölkənin müxtəlif regionlarında əlavə iş yerlərinin sayını müəyyənləşdirə biləcəyik və onların açılmasına start verəcəyik. Belə müşavirələr digər dövlət strukturları ilə keçiriləcək və vakant yerlər doldurulacaq".