» » » Təcili Yardım Stansiyası xəbərdarlıq etdi

Təcili Yardım Stansiyası xəbərdarlıq etdi

Təcili Yardım Stansiyası xəbərdarlıq etdi

Ölkə ərazisində aramsız yağan qar ancaq Bakıda 2 nəfərin ciddi travma almasına səbəb olub. Gecədən davam edən yağıntı səbəbindən yollar buz bağlayıb, nəinki avtomobillər, eləcə də insanların hərəkəti çətinləşib. Bu səbəbdən də Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əhaliyə xəbərdarlıq edib.
Stansiyanın baş həkiminin müavini Oktay Şahmalıyevin verdiyi məlumata görə, hələlik müraciətlərin sayı 2-dir. Amma artacağı istisna olunmur.
Təcili Yardım Stansiyası xəbərdarlıq etdi

"Həmin iki nəfərə aşağı ətrafların zədələnməsi diaqnozu qoyulub, rentgeni çəkilib. Hazırda vəziyyətləri qənaətbəxşdir. Nəzərə alsaq ki, qarlı hava şəraiti davam edir, demək, yenə müraciətlər olacaq. Ona görə də vətəndaşlar işə, məktəbə, hər hansı bir yerə gedərkən ehtiyatlı olsunlar. Baş verə biləcək bədbəxt hadisələrə görə bütün təcili yardım stansiyaları köməkçi nəqliyyat vasitələri ilə təmin edilib. Çalışırıq ki, bütün çağırışlara vaxtında çataq."
Təcili Yardım Stansiyası xəbərdarlıq etdi

Oktay Şahmalıyev - TTYS-nin baş həkiminin müavini
Baş həkim onu da qeyd edib ki, son bir gün ərzində təcili yardıma müxtəlif məslələrlə bağlı ümumilikdə 1800 çağırış daxil olub və bütün çağırışlar vaxtında icra edilib.
Ötən il Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) travma ilə əlaqədar 50-dən çox müraciət olunub. Onlardan 40-ı xəstəxanaya yerləşdirilib. Buzlu yollarda yıxılaraq zədə alanlar əsasən gənclər olub.
Nəzərə alsaq ki, yıxılmaq insan ölümünə qədər gətirib çıxarar, o zaman belə havalarda mümkün qədər diqqətli olmaq lazımdır. Tələsik yerimək, iri addımlar da sürüşmə üçün ideal şərait yaradır. Eyni zamanda əlləri cibdə olaraq gəzmək, hər iki əldə çantalar daşımaq yıxılma zamanı insanın daha çox xəsarət almasına səbəb olar. Ona görə də belə havada kişilər tuflilərdən, qadınlar isə hündürdabanlı ayaqqabılardan mümkün qədər az istifadə etməlidirlər. Uşaqların qucaqda daşınması isə olduqca təhlükəlidir. Yıxılan zaman valideynin körpəni qoruma istəyi həm özünün, həm də uşağın həyatı üçün risk yarada bilər.