» » » Göygöldə ər arvadını avtomobillə vurdu

Göygöldə ər arvadını avtomobillə vurdu

Göygöldə ər arvadını avtomobillə vurdu

Ailə münaqişəsi zəmnində.

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. 

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Göygöl şəhərində qeydə alınıb. Kəlbəcərdən olan məcburi köçkün Tağı Tağıyev idarə etdiyi “VAZ 21010” markalı avtomobillə həyat yoldaşı 1989-cu il təvəllüdlü Kəlbəcər rayon sakini, Nurxanım Tağıyevanı vurub. 

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Tibbi yardım göstərildikdən sonra qadın ambulator müalicəyə buraxılıb.
 
Məlumata görə, N. Tağıyeva ailə münaqişəsi zəminində həyat yoldaşı ilə mübahisə edib və atasıgilə gedərkən ərinin idarə etdiyi avtomobillə vurulub.
 
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.