» » » Qar Bakını sürüşdürə bilər

Qar Bakını sürüşdürə bilər

Qar Bakını sürüşdürə bilər

"Son günlər yağan qarla əlaqədar Bakı və Abşeron rayonlarındakı sürüşmə sahələrində vəziyyət o qədər də bərbad deyil, yeni sürüşmə ocaqları yaranıb".
Ucarliyiq.biz xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
Onun sözlərinə görə, sürüşmə müşahidə olunan ərazilər hələ ki Zığ sahəsidir. "Qar sulu şəklində deyil, bərk şəklində yağdığı üçün digər ərazilərdə aktivlik müşahidə olunmayıb. Amma qar əridikdən sonra, ümumiyyətlə, yaz qabağı yağan yağışlar nəticəsində sürüşmə zonalarında güclü aktivlik müşahidə olunmağı istisna deyil", - deyə baş geoloq bildirdi.
Ələmdar Piriyevdən aldığımız məlumata görə, Bayıl və Badamdar ərazilərində isə aktiv sürüşmə zonaları sabit vəziyyətdədir, orada çatlarda genişlənməyə rast gəlinməyib. Bu da orada bərpa işlərinin getməsi ilə əlaqədardır.
Qar Bakını sürüşdürə bilər

Ələmdar Piriyev - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu
Bakı Beynəlxalq Avtovağzal Kompleksində yaranan çatların isə geoloji deyil, texniki olduğunu vurğulayan mütəxəssis, bunun normal olduğunu dedi: "Avtovağzalda yaranan çatlar, orada gedən təmir-bərpa işləri ilə əlaqədardır. Onun da bu yaxınlarda başa çatacağını deyirlər".
Ələmdar Piriyev onu da vurğuladı ki, hazırda Lənkəran, İsmayıllı, Gədəbəy zonalarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının əməkdaşları çalışır, həmin ərazilərdə sürüşmə zonlarının olub-olmadığını araşdırırlar.
Qar Bakını sürüşdürə bilər

Lənkəran, İsmayıllı, Gədəbəy
Hava şəraiti ilə əlaqədar yaranmış və bundan sonra da yarana biləcək sürüşmənin qarşısını almaq üçün qabaqcadan tədbirlər həyata keçirmək lazımdır. Bunun üçün xüsusi bəndlər çəkilməli, bərpa işləri aparılmalı, sürüşmə zonaları aktiv olan yerlərdə yaşayan insanlara xəbərdarlıq edilməli və lazım gələrsə, həmin insanları oradan təxliyə etmək lazımdır.