» » » Bakı-Sumqayıt yolunda “Lexus” aşdı: Ölən var

Bakı-Sumqayıt yolunda “Lexus” aşdı: Ölən var

Bakı-Sumqayıt yolunda “Lexus” aşdı: Ölən var

Faktla bağlı araşdırma aparılır.

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

ucarliyiq.biz xəbər verir ki, Lent.az-ın məlumatına görə, magistralın 15-ci kilometrliyində, Masazır qəsəbəsi yaxınlığında "Lexus" markalı minik avtomobili maneəyə çırpılaraq aşıb. 

Nəticədə avtomobildə olan şəxslərdən 1993-cü il təvəllüdlü Aslanxanov Vitali Aslan oğlu aldığı ağır bədən xəsarətlərindən vəfat edib. Daha 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
 
Bildirilir ki, qəzaya səbəb yolun buzlaşması şəraitində düzgün manevr edilməməsi olub. 

Faktla bağlı araşdırma aparılır.