» » » Bakıya gələn 15 yaşlı qız yoxa çıxdı – FOTO

Bakıya gələn 15 yaşlı qız yoxa çıxdı – FOTO

Bakıya gələn 15 yaşlı qız yoxa çıxdı – FOTO

“Telli Azərbaycanda təhsil almayıb”.

Sumqayıtdan Bakıya gələn 15 yaşlı qız müəmmalı şəkildə yoxa çıxıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə ANS PRESS-ə onun valideynləri məlumat veriblər. 

Məlumata görə, 2001-ci il təvəllüdlü Tellli Asif qızı Axranova yanvar ayının 25-də Sumqayıtda 1-ci mikrorayon ərazisində yerləşən mənzildən çıxıb və bir daha geri qayıtmayıb.

Onun valideynləri deyir ki, qızlarını evdən çıxandan sonra sonuncu dəfə Bakı Dəmiryol Vağzalının ətrafında görüblər: 

"Bizim ailəmiz Rusiyada yaşayır. Sumqayıta qonaq gəlmişdik. Telli evdən çıxan gün ailə üzvlərindən heç kimlə arasında mübahisə baş verməyib. Onun evə qayıtmadığını görüb Sumqayıt şəhərinin 1-ci polis bölməsinə və Bakının Nəsimi rayon Polis İdarəsinə məlumat verilib. Polisin araşdırmaları zamanı qızımızın Bakı-Sumqayıt qatarı ilə paytaxta gəldiyi məlum olub. Telli Rusiyada yaşadığı üçün Azərbaycanda təhsil almayıb".

15 yaşlı qız evdən çıxarkən onun əynində qara gödəkcə, qəhvəyi şalvar, qırmızı papaq, qırmızı şarf (fotoda görünən şarf və papaq) olub. 

Telli Axranovanın boyu 154 sm, çəkisi 60 kq-dır.

Onu görənlərdən yaxud barəsində hansısa məlumatı olanlardan 055- 328-46-80 və 055 949-20-30 nömrəli telefonlara zəng etmələri xahiş olunur.