» » » FHN qarda qalanları xilas etdi

FHN qarda qalanları xilas etdi

FHN qarda qalanları xilas etdi

Azərbaycanda qarda qalan insanlar xilas edilib. Fövqəladə Hallar Nazirliyindən verilən əlumata görə,Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qəbələ rayonu, Laza kəndinə yağan güclü qar nəticəsində yolda avtomobilin 4 nəfərlə sürüşərək yolun kənarında qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Yolda qalanlara müvafiq köməklik göstərilib.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən qarlı yollarla bağlı sürücülərə hələ iki gün öncə xəbərdarlıq edilib. "Sürücülərimiz də müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar hazır olmalıdır. Əgər avtomobil texniki cəhətdən nasazdırsa və sürücü təcrübəsizdirsə, xahiş olunur ki, nəqliyyat vasitələrindən mümkün qədər istifadə edilməsin. Qarlı-şaxtalı havada yola çıxarkən mütləq şəkildə avtomobillərin şinləri ən azından qış üçün nəzərdə tutulmuş olmalıdır. Əks təqdirdə, həmin nəqliyyat vasitələrinin hərəkətində problem yaranacağı qaçılmazdır".
FHN qarda qalanları xilas etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən əlumata görə,ötən gün müşahidə edilən qeyri-sabit hava şəraiti nəticəsində ən çox qar Qaxa yağıb - 64 sm. Qəbələ rayonu da çox qar yağan rayonlar sırasındadır. Bura düşən yağıntının hündürlüyü 36 sm-ə çatıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Məlumata görə, yanvarın 27-dək ölkə ərazisində qar yağışı gözlənilir. Azərbaycanın rayonlarında sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Çovğun olacağı, yolların buz bağlayacağı gözlənilir.