» » » “Kunq-fu Panda 3” animasiya filmin nümayişi başlayır – VİDEO

“Kunq-fu Panda 3” animasiya filmin nümayişi başlayır – VİDEO

“Kunq-fu Panda 3” animasiya filmin nümayişi başlayır – VİDEO

“CinemaPlus” kinoteatrında.

Azərbaycanın premium kinoteatrı “CinemaPlus” yanvarın 28-dən etibarən dünyada ən məşhur animasiya franşizlərindən hesab olunan – “Kunq-fu Panda 3” filminin nümayişinə başlayır.

ucarliyiq.biz xəbər verir ki, Panda Po ilə hələ belə inanılmaz macəralar baş verməyib.

Yeni hissədə Ponun çoxdan itmiş atası gəlir və onlar birlikdə pandaların sirli cənnətinə yola düşürlər, harada ki, onlar çoxlu yeni məzəli qəhrəmanlar ilə qarşılaşırlar. Lakin misilsiz gücə malik olan cani Kay bütün Çin üzrə kunq-fu ustalarını məhv etməyə başlayır.

Po isə indi mümkün olmayanı etməlidir – o, həyatsevər, lakin yöndəmsiz pandaları öyrətməli və onlardan mükəmməl kunq-fu panda dəstələri təşkil etməlidir.

“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, “28 Mall” Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşir.