» » » Azərbaycanda deputat 1000 dollarlıq maşın sürür

Azərbaycanda deputat 1000 dollarlıq maşın sürür

Azərbaycanda deputat 1000 dollarlıq maşın sürür

“Millət vəkillərinin xidməti avtomobili olmur”.

Hazırda “Hyundai” markalı maşın sürürəm, 1000 dollar təklif edən olsa, sataram.

ucarliyiq.biz xəbər verir ki, bu sözləri Femida.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib. 

O, bildirib ki, hazırda yalnız komitə sədrlərinin xidməti avtomobilləri mövcuddur. Qalanları isə şəxsi avtomobilindən istifadə edir:

“Hazırda istifadə etdiyim avtomobil 2002-ci il istehsalı olan “Hyundai”dır. 1000 dollar təklif edən olsa, həmin maşını sataram. Mən heç vaxt bahalı avtomobildə gəzmək marağında olmamışam. Nəzərinizə çatdırıram ki, millət vəkillərinin xidməti avtomobili olmur. 

Yalnız komitə sədrlərinə xidməti avtomobil verilir. Millət vəkillərinin şəxsi avtomobili olur. Cənab prezidentin verdiyi tapşırıqlar başqa cür yozulmamalıdır.

O, israfçılığın qarşısını almaq istəyir. Buna görə də belə bir təklif irəli sürdü ki, məmurlar qiyməti daha ucuz olan və Azərbaycanın istehsal etdiyi avtomobillərə üstünlük versinlər”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara “Lifan” avtomobilini sürməyi tövsiyə edib.