» » » Azərbaycan məktəbində daha bir biabırçılıq (VİDEO)

Azərbaycan məktəbində daha bir biabırçılıq (VİDEO)

Azərbaycan məktəbində daha bir biabırçılıq (VİDEO)

Son günlərdə Azərbaycanda müəllim şagird münasibətlərinin gərginliyini əks etdirən videogörüntülər fonunda daha bir çarx yayaılıb. Ucarliyiq.biz xəbər verir ki, bu dəfə münaqişə müəllim və direktor arasında düşüb. Maraqlısı odur ki, Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin müəllim və direktoru arasında mübahisə 2014-cü ildə baş versə də, görüntülər yeni yayılıb.
müraciət edən və 17 ildir hərbi hazırlıq müəllimi kimi çalışan Əmirov Qalabəy Tomar oğlu məktəbin direktorunun onu sillələdiyini iddia edir. Müəllimin sözlərinə görə, məktəbin direktoru Mənsurə Şahverənova onu təhqir edərək, müəllim kollektivi və şagird kontigentinin içərisində hücum edib, sillə vurub. Həmin anı lentə alan Qalabəy müəllim deyir ki, direktor heç kimdən qorxmadığını deyir.
"Mənim 58 yaşım var. Bu hadisədən sonra bu günkü günə kimi kollektiv içində və şagirdlər arasında özümü təhqir edilmiş hesab edirəm. Lakin mən onun qadınlığına hörmət etdim, heç bir söz demədən məktəbi tərk etdim. Qoy bu cür qadının cəzasını bizim cəmiyyət versin".

Qalabəy Əmirovun təqdim etdiyi video
İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin direktoru Mənsura Şahverənova açıqlamasında ona qarşı səsləndirilən iddiaları böhtan adlandırıb: "Sizə təqdim olunan video kəsilib. Qalabəy müəllimə deyin ki, onun tam versiyasını sizə təqdim etsin və kimin haqlı olduğunu özünüz görün. Mənim heç kimə qarşı şəxsi qərəzliyim yoxdur. Bir neçə müddət bundan əvvəl Qalabəy müəllim məndən idman dərsləri keçməyi xahiş edib. Mən razı olmadım, çünki o, bu dərsi tədris etmək üçün lazımi universiteti bitirməyib. Ondan sonra məni təhdid edir".
Direktor onu da əlavə etdi ki, video məktəbə riyaziyyat müəllimindən şikayətə gələn valideyni müdafiə edərkən çəkilib: "Mən gördüm ki, bir valideynin üstünə düşüblər, bu işə qarışdım və müəllimlərə düzgün hərəkət etmədiklərini dedim. Sən demə, bu, qabaqcadan hazırlanmış bir plan idi. Artıq məsələ barədə Təhsil Nazirliyi də xəbərdardır. Məktəbimizdə olub, araşdırma gedir. Lazım olarsa, məsələ məhkəmə yolu ilə həll olunacaq. Kimin düz, kimin səhv olduğunu görəcəyik", - deyə Mənsurə Şahverənova qeyd edib.
Azərbaycan məktəbində daha bir biabırçılıq (VİDEO)

Məsələni daha dərindən araşdırmaq üçün sözügedən valideyn ilə də əlaqə saxladıq. Mirhüseyn Süleymanov da hadisənin onun şikayəti zamanı baş verdiyini təsdiqlədi. Onun sözlərinə görə, 6-cı sinifdə oxuyan qızı Fatiməni həmin məktəbdə işləyən riyaziyyat müəlliməsi dəfələrlə incidərək, döyüb və bununla bağlı valideyn məktəbə gedib.
"Həmin vaxt məktəbdə olan Qalabəy Əmirov və Anar İmanov mənim üstünə hücum çəkdilər. Bu vaxt məktəbin direktoru Mənsurə xanım məni və uşağımı müdafiə etdi. Video da həmin an çəkilib. Mənsurə xanım Qalabəyə deyirdi ki, kameranı yığışdırsın və mənə təhqiramiz sözlər işlətməsin", - deyə valideyn vurğulayıb.
Biləsuvar rayon İcra başçısının müavini Xəyalə Qəmbərova bir müddət öncə baş verən məsələdən xəbərdar olduqlarını qeyd edib. Onun sözlərinə görə, İcra nümayəndələri və Təhsil Nazirliyinin nümayəndələri məktəbdə olublar. Hadisə araşdırılır. "Məsələ ilə bağlı müvafiq tədbirlər görüləcək".
Təhsil Nazirliyindən də Biləsuvar rayon Ovçubərə kənd tam orta məktəbində baş verənləri nəzarətdə saxladıqlarını bildirdilər.
İki gün əvvəl Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi şagirdin başına iki dəfə zərbə endirərək, onu təhqir edib. Bundan sonra Təhsil Nazirliyi məsələni araşdırıb. Müəllimə Sevda Rüstəmovaya şiddətli töhmət verilib, direktor Həcər İbrahimovaya isə xəbərdarlıq olunub.

İbtidai sinif müəlliməsinin şagirdi vurması
Bənzər hadisə yanvarın 14-də yaşanıb. Oxuculardan biri Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin 8-ci sinfində tarix müəllimi İdris Hüseynovun şagirdi tənqid edərək döydüyü videonu göndərib. Məsələ ictimailəşdikdən sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İdris Hüseynov Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi vəzifəsindən azad edilib.

Sumqayıt şəhərində müəllimin şagirdi döyməsi
Məktəb direktorları, müəllim və məktəbin digər təhsil işçiləri bilməlidirlər ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun və “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini kobud şəkildə pozan müəllim mütləq şəkildə cəzalandırılmalıdır. Bu işdə isə aiddiyyatı qurumlar daha məsuliyyətli və diqqətli olmalı, bununla bağlı mütəmadi araşdırmalar aparmalı və baş verən nöqsanları dərhal həll etməlidirlər.
Artıq Təhsil Nazirliyi müəllim şagird münasibətləri ilə bağlı addımlar atmağa başlayıb. Belə ki, “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminarlar başlayır. İlk belə seminar Xirdalan şəhərində keçiriləcək. Seminarda müəllim-şagird münasibətlərində neqativ təzahürlərin yaranma səbəbləri, müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq və əməkdaşlıq etmək bacarığının əsas müddəaları izah olunacaq.
Azəbaycanda təhsilin inkişafına kifayət qədər diqqət yetirilsə də, amma təssüf ki, neqativ halların baş verməsi hələ də müşahidə olunmaqdadır. Xüsusən, regionlarda nəzarətin zəif olmasından sui-isitfadə edən məktəb direktorları, müəllimə və digər təhsil işçilərinin özbaşınalıqları son həddə çatıb. Bunun nəticəsidir ki, son bir ay ərzində artıq məktəblərdə baş verən dörd belə halla rastlaşmışıq.