» » » Təcili Yardımdan xəsarət alanlarla bağlı açıqlama

Təcili Yardımdan xəsarət alanlarla bağlı açıqlama

Təcili Yardımdan xəsarət alanlarla bağlı açıqlama

"Havaların şaxtalı keçməsi və yolların buz bağlaması son sutka ərzində təkcə Bakıda 7 nəfərin ciddi xəsarət almasına xəstəxanalara çatdırılmasına səbəb olub".
Bu barədə Təcili Yardım Stansiyasının baş həkiminin müavini Oktay Şahmalıyev məlumat verib. Onun sözlərinə görə, xəsarət alanlara daha çox ətrafların əziyi diaqnozu ilə xəstəxanaya gətirilib:
"Xəsarət alanlara xəstəxanalarda lazımı tibbi yardım göstərilir, rentgenləri çəkilib. Hazırda vəziyyətləri qənaətbəxşdir. Nəzərə alsaq ki, qarlı hava şəraiti davam edir, demək, yenə də müəyyən qədər müraciətlər olacaq. Ancaq xoşbəxlikdən hələlik heç bir ölüm faktı qeydə alınmayıb".
O. Şahmalıyev havların sabaha qədər şaxtalı olacağı, yolların yenidən buz bağlayacağı ilə bağlı əhaliyə müraciət də etdi: Əhali maksimum dərəcədə ehtiyyatlı olsun. Vətəndaşlar işə, məktəbə, hər hansı bir yerə gedərkən diqqətli olsunlar. Baş verə biləcək bədbəxt hadisələrə görə bütün təcili yardım stansiyaları köməkçi nəqliyyat vasitələri ilə təmin etmişik.
Təcili Yardımdan xəsarət alanlarla bağlı açıqlama

Oqtay Şahmalıyev- Təcili Yardım Stansiyasının baş həkiminin müavini
Dünən isə qarlı və şəxtalı havalarla əlaqədar xəsarət alanların sayı 2 nəfər idi. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. Məlumatda bildirilir ki, sabah Bakıda 5 dərəcə şaxta olacaq.
Bakıda və Abşeron yarımadasında yanvarın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-6 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 12-17, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Həmçinin oxuyun: Təcili Yardım Stansiyası xəbərdarlıq etdi